Təşəkkürlər 'Neftçi' - İtaliyada da uduzmadılar

İDMAN
02:06 07.12.2012
1503
İtaliyanın “İnter” klubu ilə Avroliqanın qrup mərhələsinin son oyununda Azərbaycan çempionu “Neftçi” layiqli oyun göstərib heç-heçəyə nail ola bildi. Gün.Az xəbər verir ki, bütün oyunu güclü rəqiblə başabaş oynayan “Neftçi” sonda 2:2-lik nəticə əldə edə bildi. Halbuki görüş bakılılar üçün heç də yaxşı başlamadı. Artıq 9-cu dəqiqədə müdafiəmizdə kobud səhvdən sonra italyanlar Livayanın qolu ilə hesabda irəli çıxdılar. İkinci hissədə, oyunun 52-ci dəqiqəsinə Rəşad Sadiqovun uzaq məsafədən vurduğu möhtəşəm qol meydan sahiblərini şoka saldı. Lakin sevincimiz uzun çəkmədi. Artıq 2 dəqiqədən sonra, yenə də müdafiədə kobud səhvin nəticəsində Livaya daha bir qola imza atdı. Sevindirici haldır ki, “Neftçi” ruhdan düşməyib, fəal oynadı və bir neçə dəfə qol vurmaq imkanı oldu. Hesab isə oyunun 89-cu dəqiqəsində bərabərləşdi. Bertuççi keçid edib, gözəl zərbə vurdu. Qapıçının geri qaytardığı topu, Kanales başla zərbə ilə qapıdan keçirdi. Beləliklə ilk dəfə oynadığı Avropa Liqasının qrup mərhələsində “Neftçi” 3 xal toplaya bildi.Avropa LiqasıQrup mərhələsi, VI tur“İnter” (İtaliya) – “Neftçi” (Azərbaycan) - 2:2QOLLAR: Marko Livaya, 9; 54- Rəşad Sadiqov, 52; Bruno Bertuççi, 89Baş hakim: Emir AlekoviçMilan. “Cüzeppe Meattsa” stadionu“İnter”: Vied Belets, Valter Samuel, Alvaro Pereyra, Conatan, Esteban Kambiyasso, Marko Benasi, Simone Paza, Andrea Romano, Luka Qarritano, Koutinyo, Marko Livaya.Ehtiyat oyunçular: Luka Kastellatsi, Andrea Bandini, İsaak Donkor, Yuto Naqatomo, Nikkolo Belloni, Covanni Terrani, Antonio Kassano.“Neftçi”: Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Brunu Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Cavid İmamverdiyev, Nikolas Kanales.Ehtiyat oyunçular: Emil Balayev, Elvin Yunuszadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Bahadır Nəsimov, Kamil Nurəhmədov, Emin Mehdiyev“Partizan” (Serbiya) – “Rubin” (Rusiya) - 1:1QOLLAR: Lazar Markoviç, 53 - Solomon Rondon, 59

OXŞAR XƏBƏRLƏR