Təşkilat sədri Moskvada görüşlər keçirib

GƏNCLİK
15:05 16.01.2014
1506
"Yeni Nəsil" Gənclərin İnkişafına Dəstək İB nin sədri Atatürk Kamallı Moskva şəhərində səfərdə olub. 
AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində Atatürk Kamallı "ГБОУ СОШ с этнокультурным Aзербайджанским компонентом образования N157 им.К.А.Керимова" məktəbində olub. 
Məktəbin direktoru Elmira İsmayılova  və məktəbin müəllimləri ilə görüş keçirilib. Kamallı Atatürk “Görüş zamanı məktəbdə təhsil alan yerli və xarici şagirdlərin təhsil alması diqqətimi çəkdi, bu məktəbdə təhsil alan şagirdlərə Azərbaycan Respublikasının ,Türkiyə və Rusiya dövlət himnlərini öyrədirlər.Bu mənim üçün çox sevindirici haldır ki, bizim himnimizi və digər dövlət atributlarımızı xarici vətandaşlara və yerli rus vətandaşlarına öyrədirlər. Məktəbdə ayrıca bir Azərbaycanı özündə əks etdirən milli atributlarımızla bəzədilmiş muzeyində olması burada milli dəyərlərimizi və ümumilikdə Azərbaycan respublikasının təbliğatının aparılması sevindirici bir haldır. 
Bunun üçün məktəb drektoru Elmira xanıma və məktəbin müəllimələrinə öz dərin minnətdarlığını bildirən Atatürk Kamallı milli dəyərlərimizə sahib çıxan ölkədən kənarda belə bir məsuliyyətli işi layiqincə yerinə yetirən dəyərli həm yerlilərimizdən öz razılığını bildirib.

OXŞAR XƏBƏRLƏR