"Tesla" şirkətindən mühüm qərar: Avropada ikinci fabriki açır

"Tesla" şirkətindən mühüm qərar: Avropada ikinci fabriki açır
DÜNYA
12:29 11.07.2023
526
Dünyanın ən məşhur elektrik avtomobil istehsalçısı olan Tesla Almaniyanın paytaxtı Berlindəki fabrikindən sonra Avropada ikinci istehsal müəssisəsi üçün yer axtarır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən ilin mart ayında Almaniyanın paytaxtı Berlində öz fabrikini açıb.

Yeni fabrikində ildə 500 min elektrikli avtomobil istehsal etmək istəyən şirkət 12 min nəfərə də iş imkanı verəcək.

Şirkətin sözügedən fabrik üçün Fransa ilə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Tesla-nın baş direktoru İlon Mask ötən ilin may və iyun aylarında Fransaya səfər etmiş və Emmanuel Makronla görüşmüşdü. 
 
Mikayıl


OXŞAR XƏBƏRLƏR