‘Təslim olmasanız hücuma keçəcəyik’ - Rusiyadan ukraynalı hərbçilərə ultimatum

DÜNYA
00:02 04.03.2014
1490
Ukrayna Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Rusiyanın Qara dəniz hərbi donanmasının komandanı Aleksandr Vitko Krımdakı ukraynalı hərbçilərdən sabah saat 5-dək təslim olmağı ultimativ şəkildə tələb edib.
A.Vitkonun ultimatumunda deyilir: "Əks təqdirdə Rusiyanın hərbi birləşmələri bütün Krım ərazisində Ukrayna silahlı qüvvələrinin hissə və bölmələrinə qarşı hücuma keçəcəklər".
Rusiyanın Xarici İşlər Nazirliyi isə bu açıqlamanı əsassız adlandıraraq bildirib: "Rusiyanın Qara dəniz hərbi donanmasının Krım ərazisindəki birləşmələri Ukraynadakı daxili siyasi proseslərə müdaxilə etmirlər. Hərbi hissələrimizin məqsədi sırf donanma obyektlərinin təhlükəsizliyinin təminatı, habelə ekstremistlərlə radikalların rusiyalılara mümkün hücumlarının qarşısını almaqdır".
Avropa Birliyi Krımdakı situasiyanı nizamlamaq üçün Ukraynaya ATƏT və NATO-nun müşahidəçilərinin göndərilməsini təklif edib.
OXŞAR XƏBƏRLƏR