Tetçerin meyidini yandıracaqlar

Tetçerin meyidini yandıracaqlar
DÜNYA
11:25 17.04.2013
1727

Bu gün Londonda "Dəmir Ledi" ilə vida mərasiminə start verilir

Bu gün Londonda Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer son mənzilə yola salınacaq. Aprelin 8-də insult nəticəsində 87 yaşında dünyasını dəyişən "Dəmir Ledi"nin cənazəsi ötən gecə Vestminster sarayında Müqəddəs Mariya kapellasında saxlanılıb və ailə üzvlərinin iştirakı ilə qısa ayin keçirilib. Cənazə bu gün Vestminster sarayından Müqəddəs Klement kilsəsinə, oradan da artilleriya müşayiəti ilə Müqəddəs Pavel kilsəsinə aparılacaq. Baronessa titullu Marqaret Tetçerin dəfni dövlət dəfnindən bir pillə aşağı səviyyədə, yəni hərbi şərafətli təntənəli dəfn mərasimi kateqoriyasına aid olacaq. Cənazənin daşındığı yolların kənarında Britaniya ordusunun, hərbi-dəniz və hərbi-hava qüvvələrinin 700-ə yaxın hərbçisi dayanacaq. Vida mərasimindən sonra Tetçerin meyidi yandırılacaq və bu mərasimə onun yalnız ailə üzvləri buraxılacaq. Sabiq baş nazirin dəfn mərasiminə yerli və xarici diplomatlar daxil olmaqla, 2000-ə yaxın adam dəvət olunub. Mərasimdə Böyük Britaniya kraliçası 2-ci Elizabet və kral ailəsinin üzvləri də iştirak edəcək. Kraliça 2-ci Elizabet 1965-ci ildə Uinston Çörçillin dəfnindən sonra ilk dəfə bir siyasi xadimin dəfnində iştirak etmiş olacaq. Dəfn mərasimi zamanı Londondakı məşhur Biq-Ben qülləsindəki zənglər də susacaq. Qeyd edək ki, Marqaret Tetçer 1979-cu ildən 1990-cı ilədək Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb və ölkə tarixində ilk və hələlik yeganə qadın baş nazir olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya nefti Hindistana 39 ayda 12,6 milyard dollar qənaət etməyə imkan verib
18:29 01.09.2025
Rusiya nefti Hindistana 39 ayda 12,6 milyard dollar qənaət etməyə imkan verib
Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTOLAR
18:01 01.09.2025
Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTOLAR
Göyçayda 3 maşın toqquşub, xəsarət alanlar var
17:39 01.09.2025
Göyçayda 3 maşın toqquşub, xəsarət alanlar var
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
17:26 01.09.2025
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
17:16 01.09.2025
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
17:14 01.09.2025
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
17:09 01.09.2025
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
17:00 01.09.2025
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
Ərdoğan və Pezeşkian Çində görüşüb
16:38 01.09.2025
Ərdoğan və Pezeşkian Çində görüşüb
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
16:31 01.09.2025
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
16:25 01.09.2025
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
16:09 01.09.2025
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
Elyanə bu telekanalda aparıcılıq edəcək
16:05 01.09.2025
Elyanə bu telekanalda aparıcılıq edəcək
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
16:03 01.09.2025
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
16:00 01.09.2025
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur
15:59 01.09.2025
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur