Ailəsi ilə birlikdə Almaniyadan Türkiyəyə tətilə gedən qadın ikinci mərtəbədəki evinin eyvanından yıxılaraq ölüb.
AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Denizli bölgəsində baş verib.
Əldə edilən məlumata görə, Almaniyada yaşayan Selma Zeybek (59 yaş) ailəsi ilə birlikdə Dənizliyə məzuniyyətə gəlib. Bu gün səhər saatlarında ikinci mərtəbədəki evinin eyvanına çıxan Zeybek eyvandan yıxılıb. Hadisəni görən vətəndaşların xəbəri üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Təcili yardım briqadasının müayinəsi nəticəsində qadının hadisə yerində öldüyü müəyyən edilib.
Yıxılma səbəbi hələ məlum olmayan Zeybəkin psixoloji pozğunluğu olduğu iddia edilib. Müayinələrdən sonra Zeybəkin cansız bədəni yarılma üçün meyitxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oksana