ABŞ-nin Texas ştatının Ostin Polis Departamenti İlon Maska məxsus "Tesla” şirkətinin dilerində bir neçə partlayıcı qurğunun aşkar edildiyini bildirib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, polis martın 24-də səhər saatlarında şübhəli qurğular aşkarladıqlarını və minaxtaranlar üzrə mütəxəssislərin onların partlayıcı olduğunu müəyyən edərək zərərsizləşdirdiyini bildirib.
Xəsarət alan olmayıb, araşdırmalar davam edir.
Hüquq-mühafizə orqanlarındakı mənbəənin məlumatına görə agentliyə "Tesla” dilerlərinə, avtomobillərinə və enerji doldurma məntəqələrinə 48 hücum barədə məlumat daxil olub.