‘Texnikabank’la bağlı növbəti etiraz Mərkəzi Bankdan gəldi

İQTİSADİYYAT
14:39 19.04.2012
2053

Bankın DSMF-nin keçirdiyi tenderin qalibi elan olunması narazılıq yaradıb

Azərbaycanda pensiyaların paylanması üçün müvəkkil bank təşkilatının seçilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tenderdə lotların 43%-də «Kapital bank», 57%-də isə Azərbaycan Beynəlxalq Bankı qalib gəlib. AZXEBER.COM-un məlumatına görə,, bu barədə «APA-ECONOMICS»ə Fondun sədri Səlim Müslümov bildirib. S.Müslümovun sözlərinə görə, artıq qalib elan edilmiş banklarla müvafiq müqavilələr imzalanıb. Eyni zamanda 69 lotdan 22 lot üzrə qalibi müəyyən etmək mümkün olmayıb, çünki həmin lotlar üzrə tenderdə iştirak edən bankların sayı 3-dən az olub. Bu lotlar üzrə təkliflər sorğusu üzrə qalibin müəyyən edilməsi üçün təkliflər sorğusunun keçirilməsi məqsədi ilə Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət edilib. S.Müslümov bildirib ki, iki şöbə – Sumqayıt şəhər və Abşeron rayon şöbələri üzrə ən aşağı qiyməti «Texnikabank» ASC təqdim edib. «Lakin «Texnikabank»da yaranmış problemləri nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankına «Texnikabank»ın maliyyə vəziyyəti barədə müraciət edilib. Müraciətə alınmış cavab «Texnikabank»ın qalib elan edilməsinin məqsədəuyğun olmadığını göstərib. Dünən komissiya hər iki şöbə üzrə ikinci yeri tutan «Kapitalbank»a müqavilə imzalamağı təklif edib. Lakin «Kapitalbank» Sumqayıtda bankomat şəbəkəsi geniş olmadığına görə, təklifi qəbul etməyib. Nəticədə Abşeron rayonu «Kapitalbank»a, Sumqayıt şəhəri isə ABB-yə həvalə olunub», - deyə S.Müslümov bildirib.

OXŞAR XƏBƏRLƏR