Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı
SOSİAL
15:38 02.11.2017
1385

Azərbaycan Texniki Universitetinin (Universitet) tələbə qəbulu planı bakalavr təhsil pilləsi üzrə 2015/2016-cı tədris ilində 33 ixtisas üzrə 92,7%, 2016/2017-ci tədris ilində 84,3%, magistratura təhsil səviyyəsi üzrə müvafiq olaraq 47,0% və 54,0%, Universitetin gəlirləri 2015-ci ildə 100,8%, 2016-cı ildə 97,5%, 2017-ci ilin 6 ayı ərzində 54,4% yerinə yetirilib. 

Bu, Hesablama Palatasının audit yoxlaması nəticəsində aşkarlanıb. 

Sənəddə qeyd edilib ki, Azərbaycan Texniki Universitetinin xərclər smetası isə müvafiq olaraq 95,3%, 89,6%, 36,9% icra olunub. 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 26,7%-nin akademik borcu qalıb, 17,5%-i  imtahan sessiyasını əla, çox yaxşı və yaxşı qiymətlərlə başa vura bilib. Bu göstərici magistratura təhsil səviyyəsi üzrə 9,5% və 43,1%, "SABAH” tədris qrupları üzrə 7,2% və 60,8% olub. Audit dövrünün əvvəlinə ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqqına görə ödənilməmiş 75,8 min manat və 13,6 min ABŞ dolları borc məbləği, audit dövrünün sonuna isə müvafiq olaraq 363,9 min  manat və  36,8 min ABŞ dolları borc məbləği mühasibat uçotunda  debitor borc kimi əks etdirilməyib, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı dövlət büdcəsinə qaytarılmayıb. 

Universitet tərəfindən bəzi hallarda Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə əməl olunmayaraq elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verilib, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlanılıb. "Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-müdafiəsi haqqında” qanunun tələblərinə əməl edilməyərək, bu kateqoriyadan olan və akademik borcu olan, həmçinin Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın tələblərinə əməl edilməyərək Azərbaycan Respublikasının vətəndaşı olmayan tələbələrə təqaüd ödənilib. 

///Apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb