Süni intellekt inqilabına güc verən çip istehsalçısı NVIDIA şirkəti İsrail-Həmas müharibəsi səbəbiylə Tel-Əvivdə keçiriləcək 2500 nəfərlik konfransı ləğv etdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, çip istehsalçısı NVIDIA ölkədə davam edən qarşıdurmalarla bağlı təhlükəsizlik narahatlıqları səbəbiylə gələn həftə İsrailin Təl-Əviv şəhərində keçirilməsi planlaşdırılan süni intellekt konfransını ləğv etməli olduğunu açıqlayıb.
"Təəssüflə bildiririk ki, İsraildəki mövcud vəziyyətlə əlaqədar oktyabrın 15 və 16-na planlaşdırılan görüşü ləğv etmək qərarına gəldik. İştirakçılarımızın təhlükəsizliyi və rifahı bizim əsas prioritetimizdir", - deyə şirkətin açıqlamasında bildirilib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü HƏMAS-ın qəfil hücuma başlamasından sonra müharibə vəziyyəti elan edib.
Ayşən