Bələdiyyə başçısı Senada üzgüçülərin bakteriyaya yoluxmasını təkzib etdi

DÜNYA
15:40 08.08.2024
132
Fransanın paytaxtı Parisin bələdiyyə başçısı En Hidalqon Sena çayının çirkliliyi ilə bağlı üzgüçülərin bakteriyaya yoluxmasını təkzib edib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bələdiyyə başçısı jurnalistlərə açıqlamasında Sena çayının çirklənmədən tamamilə təmizləndiyini deyib.
 
"Sena çayında üzdüyünə görə xəstələnən və ya yarışdan uzaqlaşan idmançı yoxdur. Bunlar saxta xəbərlərdir", - deyə bələdiyyə başçısı bildirib.

Qeyd edək ki, Fransa hökuməti Sena çayını təmizləmək üçün 2015-ci ildən bu yana 1,4 milyard avro xərcləyib.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR