"Mən Teymur Əmrah kimi sənətkar olub acından ölmək istəmirəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Tarixin bir günü" verilişində deyib.
"Mən toyda oynamaq istəyirəm, oturub bütün toyu klassikaya qulaq asa bilmrəm. Evdə olanda bəzən bir mahnı eşidirəm, baxıram ya Manaf oxuyur, ya Şəbnəm oxuyur. Qol qaldırıb elə oynayıram ki... O demək deyil ki, mən estrada oxuyuramsa mən "əjdaha"yam, amma başqa ritmdə oxuyanlar yox. Amma inanın ki, elə onlar daha çox "əjdaha"dırlar. Mən Teymur Əmrah kimi sənətkar olub, evdə acından ölmək istəmirəm. O qədər ki, sənətə qapanırsan, öz-özünə qadağalar qoyursan və sənətdən uzaqlaşırsan. Bu gün mən yaxşı yaşamaq istəyirəm, acından ölmək yox. Kim bu sözümdən inciyir, incisin" deyə Kərim çıxışında bildirib.
Aysel