ATV telekanalında yayımlanan “Gün üzü” verilişində aparıcı İlqar Mikayıloğlu tanınmış müğənni Teymur Əmrah ilə bağlı bir hadisə danışıb.
Xoşqədəm Hidayətqızının toyunda qonaq olan İlqar Mikayıloğlu orda Teymur Əmrahın da müğənni kimi çıxış etdiyini qeyd edib. Aparıcı, Teymur Əmrahın toyda lirik mahnılar oxuduğu üçün digər müğənnilərin bir-birilərinə göz-qaş edərək mikrofonu Teymur Əmrahın əlindən almağa çalışdığını bildirib.
İlqar Mikayıloğlu: “Bir mahnı oxudu, sonra ikinci mahnını oxudu. Gördüm ki, orda 1-2 müğənni var idi, artıq bir-birilərinə göz-qaş elədilər ki, mikrofonu Teymur Əmrahın əlindən alın. Çünki toy yatırdı”.
AZXEBER.COM “A24.az”a istinadən verilişdən olan videogörüntünü təqdim edir: