Vaksinasiyanı daha çox təbliğ edilməsi üçün peşəkar mütəxəssislər lazımdır. İnsanları yayındırmasalar, gəlib hamı peyvənd vurdurar.
AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV”yə müsahibəsində deyib.
O qeyd edib ki, son zamanlar çoxlu sayda insan vaksin vurdurma məntəqələrə gəlir: "Onlar artıq məsələnin ciddiyyətinə varmırlar. Azərbaycanda hazırda kifayət qədər vaksin dozamız var".