Azərbaycan Respublikasının Xalq artisti, xanəndə, Teymur əmi kimi hamımızın qəlbində yer tutan Teymur Mustafayevin anım günüdür.
AZXEBER.COM xəbər verir ki, Teymur Mustafayev 1939-cu ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub.
O, Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb.
Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olublar. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam edib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərib. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarət olub.
Onun ifa etdiyi muğam və təsniflər AzTV Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olub.
Teymur Mustafayev 11 iyun 2020-ci ildə Bakı şəhərində koronavirusdan vəfat edib.
Aysel