Teymur Rəcəbov Avropada İbrahimoviç, Pirlo və Kliçkonu geridə qoydu

İDMAN
21:48 02.01.2013
1483

Tanınmış Polşa informasiya agentliyi PAP Avropanın 26 informasiya agentlikləri arasında 2012-ci ildə Avropada ən yaxşı idmançının seçilməsi üçün sorğu keçirib.AZXEBER.COM-un məlumatına görə, 70 ən yaxşı idmançı arasına Azərbaycandan 3 idmançı düşüb.

Bunlar sorğuda 26-cı yer tutan şahmatçı Teymur Rəcəbov, 43-cü yer tutan sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov, 55-ci yer tutan paralimpiya oyunlarının mükafatçısı Yelena Taranovadır.

T.Rəcəbov 26-cı yeri Martin Furkad (Fransa, biatlon), Daniel Quirta (Macarıstan, üzgüçülük), Robert Hartinq (Almaniya, disk tullama), Mark Markes (İspaniya, Moto GP) Barselonanın yarımmüdafiəisi Havi Ernandeslə bölüşdürüb.

Qey edək ki, sorğuda Avropada şahmatılar arasında birinci olan T.Rəcəbov Yelena İsinbayeva (Rusiya, yüngül atletika), Fernando Torres (İspaniya, futbol), Dirk Novitski (Almaniya, basketbol), Andrea Pirlo (İtaliya, futbol), Mario Qomes (Aımaniya, futbol), Vladimir Kliçko (Ukraina, boks), Zlatan İbrahimoviç (İsveç, futbol) və başqalarını geridə qoyub.

Ümumilikdə isə Avropada ilin yaxşı idmançısı Formula-1 iştirakçısı Sebastyan Fettel olub. 2-ci və 3-cü yerləri britaniyalılar – velosipedçi Bredli Uilyams və yüngül atlet Məhəmməd Fərəh tutublar.

OXŞAR XƏBƏRLƏR