Teymur Rəcəbov Dünya Kubokunun finalında hesabı bərabərləşdirdi

Teymur Rəcəbov Dünya Kubokunun finalında hesabı bərabərləşdirdi
İDMAN
17:53 02.10.2019
7592
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında üçüncü görüşünü keçirib.
 
APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.

İlk qarşılaşmada heç-heçə oynadıqdan sonra dünən asiyalıya uduzan həmyerlimiz bu dəfə qalib gəlib – 1:0. Nəticədə finalın hesabı bərabərləşib – 1,5:1,5.

T. Rəcəbovla D. Liren klassik şahmatda daha 1 dəfə üz-üzə gələcəklər. 
OXŞAR XƏBƏRLƏR