Teymur Rəcəbov ilk görüşdə rəqibini məğlub edə bilmədi

İDMAN
16:00 14.12.2012
1138

Bu gün Pekində Ümumdünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmat turnirinə start verilib.AZXEBER.COM-un məlumatına görə, yarışda Azərbaycanın ən güclü şahmatçıları – Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da iştirak ediblər. Turnirin 1-ci “rapid” (tez oyun) turunda Rəcəbov ağlarla çinli Van Hao ilə heç-heçə edib, Məmmədyarov isə ağlarla fransalı Loran Fressinə məğlub olub.2-ci turda Rəcəbov qaralarla erməni Levon Aronyanla heç-heçə oynayıb. Məmmədyarov qaralarla gürcü Baldur Cobava ilə oynayır.“Rapid” turniri 7 turdan ibarət olacaq və İsveçrə oyun sistemi üzrə keçiriləcək.Bu gün daha 3 tur oynanılacaq, sabah isə 4 tur baş tutacaq. Mükafatçılar isə yekunda elan ediləcək.

OXŞAR XƏBƏRLƏR