İddiaçılar turnirindən imtina etdiyi deyilən Teymur Rəcəbov bu barədə açıqlama verib. "
AzxeberSport-un məlumatına görə, qrossmeysterimiz İnstaqram hesabında bu barədə paylaşım edib.
Rəcəbov səhhətində hər hansı problemin olmadığını bildirib:
"Əziz həmvətənlərim, şahmat azarkeşləri, bütün şahmat ictimaiyyəti, həmkarlar və dostlar. Bu xəbər doğru deyil. Turnirdən çıxmaq üçün şəxsi səbəbim yoxdur. Çox yaxında bununla bağlı FİDE-yə göndərilən məktublar və onların cavabları ilə birlikdə açıqlama verəcəm”.