Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilk ''10-luq''da
İDMAN
12:48 01.11.2012
1324
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.AZXEBER.COM-un məlumatına görə, siyahının ilk “10-luğ”una iki azərbaycanlı şahmatçı daxil edilib.Onlardan Teymur Rəcəbov 2793 xalla 4-cü pillədəki mövqeyini qoruyub. Ötən dövrlə müqayisədə aktivinə 1 xal əlavə edən Rəcəbov norveçli Maqnus Karlsen (2848), ermənistanlı Levon Aronyan (2815) və rusiyalı Vladimir Kramnikdən (2795) geri qalır.Şəhriyar Məmmədyarov isə 4 pillə irəliləyib. Aktivinə daha 16 xal yazdıran Məmmədyarov hazırda 2764 xalla 10-cu pillədə qərarlaşıb.Əvəzində Vüqar Həşimov 3 pillə geriləyib. Hazırda 2737 xala malik Həşimov 20-ci pillədədir.