Təyyarə elektrik xəttinə çırpıldı, minlərlə insan işıqsız qaldı

Təyyarə elektrik xəttinə çırpıldı, minlərlə insan işıqsız qaldı
DÜNYA
11:22 28.11.2022
197

Təyyarə elektrik xəttinə çırpılıb, minlərlə insan işıqsız qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Merilend ştatında kiçik təyyarənin yüksək gərginlikli xəttə çırpılması nəticəsində minlərlə insanın işıqsız qaldığı bildirilib.

Montqomeri Dairəsi Yanğın və Xilasetmə Xidmətinin zabiti Pit Pirinqer bildirib ki, kiçik təyyarə Qaithersburq əyalətində yüksək gərginlikli xəttə çırpıldıqdan sonra 30 metr hündürlükdə havada qalıb. Pirinqer bildirib ki, təyyarədəki 3 nəfərlə əlaqə saxlanılıb və onların vəziyyəti yaxşıdır.

Qəza səbəbiylə bölgədə svetoforlar da daxil olmaqla geniş miqyaslı elektrik kəsildiyi barədə məlumatı paylaşan Piringer təxminən 88 min insanın işıqsız qaldığını bildirib.

Piringer qəzanın baş verdiyi əraziyə yaxın yolların da bağlandığını deyib.

Ayşən

OXŞAR XƏBƏRLƏR