Təyyarə qəzasında həlak olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə gətirilib

Təyyarə qəzasında həlak olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə gətirilib
DÜNYA
21:48 13.11.2025
125
Türkiyənin "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşini daşıyan təyyarə Türkiyəyə enib.

Bu barədə "A Haber" telekanalı məlumat yayıb.

Bildirilib ki, Tbilisidən havaya qalxan təyyarə Ankara hava limanına çatıb. Məlumata görə, həlak olan hərbçilərin nəşləri təşkil olunacaq mərasimdən sonra ailələrinə təhvil veriləcək.
OXŞAR XƏBƏRLƏR