Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 25 yaşlı baş çavuş Ahmet Yasir Kuyucunun bacısı ilə son yazışması üzə çıxıb.
AZXEBER.COM xəbər verir ki, Ahmet Yasir Kuyucunun bacısı qardaşına onun yuxuda şəhid olduğunu gördüyünü yazıb.
Qardaşı isə ona cavab olaraq, kaş elə şəhid olardım deyə cavab verib.
"Yuxumda səni gördüm. Şəhid olduğunu gördüm. Sonra səhər namazını qıldım. Oyananda çox ağlayırdım”, - deyə o, yazışmada bildirib.
Qardaşı isə " Kaş şəhid olardım. Ancaq hardadı o xoşbəxtlik" cavabını verib.
Qeyd edək ki, şəhid Ahmet Yasir Kuyucunun nəşi Konya Şəhidliyində dəfn ediləcək.
Həmin yazışmanı təqdim edirik:











































