Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus “Boeing – 777” təyyarəsi Ukraynanın Donetsk vilayətində qəzaya uğrayıb. Layner Amsterdam-Kuala-Lumpur reysi ilə uçurmuş. Ona görə də bu gün qəzada 160 vətəndaşını itirən Hollandiya paytaxt Amsterdamda həlak olanların xatirəsini yad edib.
3 gün öncə Donetsk üzərindən keçərkən, Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin kim tərəfindən vurulması hələ ki, məlum deyil. Ukrayna Təhlükəsizlik Şurasının nümayəndəsi təyyarənin üsyançılar tərəfindən vurulması barədə ciddi sübutların olduğunu desə də faktlar hələ subuta yetirilməyib.
Hadisə nəticəsində 85-i uşaq olmaqla 298 nəfər həlak olub.