Kolumbiyanın Puerto-Karreno şəhərində Boeing 727 yük təyyarəsi qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.
Təyyarənin düşdüyü yerdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.