‘Təyyarəçi’lərin yeni ‘pilotu’nun adı məlum oldu

İDMAN
13:45 06.04.2012
1428

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov özünə yeni iş yeri tapıb.

Sadıqov bu gün AZAL klubuna baş məşqçi təyin edilib.

Klubun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün klub rəhbərliyi və futbolçuların iştirakı ilə keçirilən görüşdə Sadıqov rəsmən komandaya təqdim olunub, onunla ikiillik müqavilə imzalanıb.

Vaqif Sadıqovun köməkçilərindən biri də artıq məlumdur. Bu, Şakir Qəribovdur.

Qeyd edək ki, bu gün saat 12:00-da AZAL Sadıqovun rəhbərliyi altında ilk məşqinə çıxıb.

OXŞAR XƏBƏRLƏR