Təyyarədə maraqlı hadisə: Qadın doğum edənə qədər hamilə olduğunu bilməyib

MARAQLI
11:44 14.12.2022
398

Qadın təyyarədə doğum edənə qədər hamilə olduğunun fərqinə varmayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ekvadordan Hollandiyaya gedən Tamara adlı qadın uçuşun ortasında uşaq dünyaya gətirib.

Təyyarə səfərlərində yaşanan maraqlı hadisələrə yenisi əlavə edilib. Ekvadorun Quyaquil şəhərindən Hollandiyanın paytaxtı Amsterdama gedən Tamara adlı qadın mədəsində ağrı olduğu üçün tualetə gedib. Daha sonra böyük sürprizlə qarşılanan qadın uşaq dünyaya gətirib.

Aviaşirkətin açıqlamasında ana və körpənin səhhətinin yaxşı olduğu, körpəyə isə təyyarənin yardımçı sərnişinlərindən Maksimilianonun adının verildiyi bildirilib.

Qeyd edək ki, qadın o ana qədər hamilə olduğunu anlamadığını bildirib.

Gülay

OXŞAR XƏBƏRLƏR