Təyyarədə qorxulu anlar: faciədən son anda qurtuldular

Təyyarədə qorxulu anlar: faciədən son anda qurtuldular
DÜNYA
11:47 07.06.2023
223
Hindistandan ABŞ-a uçan sərnişin təyyarəsi mühərriklərindən biri nasaz olduqdan sonra Rusiyada məcburi eniş edib.

AZXEBER.COM xəbər verir ki, ötən gün Hindistandan ABŞ-a gedən "Air İndia” şirkətinin sərnişin təyyarəsində böyük çaxnaşma yaşanıb.

216 sərnişin və 16 ekipaj üzvü ilə Yeni Dehlidən San Fransiskoya uçan təyyarə mühərriklərindən birinin nasazlığı nəticəsində havada böyük təhlükədən xilas olub.

Təyyarə Rusiyanın şərqindəki Maqadan hava limanına məcburi eniş edib. Təxliyə edilən sərnişinlər rayondakı yataqxana və otellərə yerləşdirilib. "Air İndia” bölgədə qapalı qalan sərnişinləri ABŞ-a çatdırmaq üçün Rusiyaya yeni təyyarə göndərəcəyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel vəziyyəti yaxından izlədiklərini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR