Təyyarələr toqquşdu, uçuşlar dayandırıldı

Təyyarələr toqquşdu, uçuşlar dayandırıldı
DÜNYA
13:48 25.10.2023
247
ABŞ-da iki təyyarənin uçuş-enmə zolağında toqquşması səbəbindən bəzi reyslər təxirə salınıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, hadisə Hyuston ştatında baş verib.
 
Səlahiyyətlilər, yerli vaxtla saat 05:30-da Vilyam Hobi hava limanında icazəsiz uçuş-enmə zolağına enən şəxsi təyyarənin qanadlarının uçuş zolağına enən başqa bir şəxsi təyyarənin qanadları ilə toqquşduğunu bildirib.
 
Səlahiyyətlilər qəzada ölən və yaralanan olmadığını açıqlayıb və yanğın riskinin olmadığını bildiriblər.

Toqquşmadan sonra komandaların lazımi işləri görə bilməsi üçün 11 reysin təxirə salındığı, 4-nün isə ləğv edildiyi açıqlanıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR