"Təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi”

"Təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi”
11:48 27.08.2025
465
Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim "xalça”, rus dilində "kavyor” adlanır.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Prezident bildirib ki, dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır:

"Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi.

Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40 dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı. İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi. O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Beləliklə, ilk növbədə, təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib