Təyyarəyə buraxılmayan 227 kq-lıq kişi evinə gəmi ilə qayıtmalı olub

Təyyarəyə buraxılmayan 227 kq-lıq kişi evinə gəmi ilə qayıtmalı olub
DÜNYA
15:41 13.11.2013
1112

Çəkisi 227 kiloqram olan gənc fransalı Nyu-Yorkda təyyarəyə buraxılmadığı üçün evinə gəmi ilə qayıtmalı olub.

AZXEBER.COM “Frans-Press”ə istinadən xəbər verir ki, 22 yaşlı Kevin Şene Fransadan ABŞ-a ailəsi ilə birgə hormonal pozuntu müayinəsindən keçmək üçün uçub.Fransalı 18 ayını klinikada keçirib.“British Airways” aviaşirkəti çəkisi artıq olduğuna görə onu təyyarəyə buraxmaqdan imtina edib.Şenenin ailəsi bir həftə Çikaqo aeroportu yaxınlığındakı oteldə qalmalı olub, daha sonra qatarla Nyu-Yorka, oradan isə gəmi ilə Böyük Britaniyaya qayıdıb.Sonradan məlum olub ki, “Air France” və “Swissair” aviaşirkətləri onu qəbul etməyə hazır olublar, lakin ailənin artıq pulu qalmayıb. Çünki onlar 1200 dollar qatara, 2000 dollar isə gəmiyə gediş haqqı ödəyiblər.

OXŞAR XƏBƏRLƏR