"Təzə çıxanlar incəsənətimizi qara günə qoyublar" - Əməkdar artist

"Təzə çıxanlar incəsənətimizi qara günə qoyublar" - Əməkdar artist
MAQAZİN
14:21 01.12.2025
108
"Təzə çıxanlar incəsənətimizi qara günə qoyublar. Nə böyük bilirlər, nə kiçik".
 
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Gövhər Rzayeva deyib.
 
"Günə uğurla" verilişinə qonaq olan musiqiçi, gənc ifaçıları sərt tənqid edib:
 
"Təzə çıxanlar incəsənətimizi qara günə qoyublar. Nə böyük bilirlər, nə kiçik. Nə sözünüz var kənarda danışın. Efirdə bir-birilərinə nə gəldi deyirlər. Baxanda xəcalət çəkirəm. Bizə xalq baxır, xalqın çörəyini yeyirik. O xalq səni bir ay toya çağırmasa, acından ölənin biri olacaqsan. O qədər qadın var ki, deyir kaş ər çörəyi yeyəydim. Bu mikrafon görəndə niyə özünüzdən gedirsiz?
 
Bədən yığdırıb çıxırlar efirə. Bundan sonra Cennifer Lopes olacaqsan? Get özünü evdə ərinə göstər. 12 yaşımdan sənətdəyəm, nə insanlar görmüşəm. Hər biri ilə dava-dalaş etmək, mənəm-mənəm demək olmaz. Gözünüz doysun, evinizi, maşınınızı reklam etməyin, gedəndə kəfən aparacaqsınız".
 
Aysel
OXŞAR XƏBƏRLƏR