Təzəcə məzun olan baba: Auditoriyada bir ay qaldım

Təzəcə məzun olan baba: Auditoriyada bir ay qaldım
SOSİAL
23:54 13.07.2019
13490
Azərbaycan Dövlət İqtisad Universitetinin 100 illiyi ərəfəsində bu təhsil ocağından ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Sədr oğlu Əhmədovdan gedir. O, 1968-ci ildə keçmiş Qutqaşen, indiki Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Əhmədov Sədr rayonun ilk əməkdar müəllimidir. Əhmədovları kənddə hamı veteranlar ailəsi kimi tanıyır.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, 1985-ci ildə orta məktəbi bitirən qəhrəmanımız 3 il sonra Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub və 1992-ci ildə həmin məktəbi bitirib. Rayona qayıdaraq maliyyə və vergi idarələrində fəaliyyətə başlayan İqrar kişi səliqəsi və düzgünlüyü ilə işçilər arasında sayılıb-seçilib.

1996-cı ildə İqrar Əhmədov Texniki Universiteti başa vuraraq ali məktəb diplomuna sahib olur. Ancaq işlədiyi təşkilatda ona bildirilir ki, ali təhsilinin iqtisadiyyat üzrə olması vacibdir. Bu bəhanə ilə işindən uzaqlaşdırılan İqrar kişi qarşısına məqsəd qoyur və 1997-ci ildə İqtisad Universitetinə imtahan verərək qəbul olunur. Tələbələr arasında yaşı və təcrübəsi ilə seçilən İqrar müəllimlərin də sevgi və hörmətini qazanır.

"Beləliklə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə qiyabi təhsil almağa başladım. O vaxt 29 yaşım var idi. Təhsil qiyabi olduğu üçün 5 illik idi, 4 kurs oxudum, amma sonra həm ailədə maddi cəhətdən çətinliklər oldu, həm də universitetdə müəyyən ədalətsizliklər gördüm deyə təhsili davam etdirmədim. Bir ilim qaldı", - İqrar kişi xatırlayır.

Yaşlı tələbə imtahanlar zamanı bir müəlliminin inadı ucbatından təhsilini yarımçıq saxlamalı olur və doğma kəndinə qayıdır. İllər keçdikcə ailə və məişət qayğılarına başı qarışan İqrar kişi bütün çətinliklərə baxmayaraq təhsili bitirmək arzusunda idi. Yeri gəlmişkən, İqrar Əhmədov ailəlidir və üç övladı, nəvələri var. O, iki uşağına təhsil verib, balaca övladı da bu il ali məktəbə qəbul olunub.

Kiçik övladı imtahana hazırlaşanda İqrar kişi 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlir. Ötən il Azərbaycan İqtisad Universitetinin dekanı ilə görüşən İqrar Əhmədov yenidən ali məktəbə qəbul olunmaq şansı əldə edir. İki ay gecə-gündüz hazırlaşaraq 17 fərq imtahanı, ümumilikdə isə 21 imtahan verərək yenidən tələbə adını qazanır.

İ.Əhmədov deyir ki, övladları yaşda olan gənclərlə bir auditoriyanı bölüşmək, onlarla ayaqlaşmaq cəhətdən problem yaşamayıb: "Özümü qocalmış hiss etmirəm. Yorulmamışam, həvəsdən düşməmişəm. Baxmayaraq ki, 52 yaşım var, bu gün də qarşıma məqsəd qoysam, çalışıb-vuruşub istədiyimi əldə edə bilərəm. Qiyabi oxuduğum üçün gənclərlə bir ay auditoriyada oldum. Tənəffüsə belə çıxmırdım, dərslərlə məşğul olurdum, gənclərlə ünsiyyət qururdum. Məndən yaşca çox kiçik olsalar da, qrup yoldaşlarımla yaxşı ünsiyyətimiz alındı. Tələbə yoldaşım olan qızları qızım, oğlanları oğlum kimi görürdüm. Qətiyyən problemimiz olmadı, əskinə, yaşca böyük şəxs kimi onlara tövsiyələr verirdim".

Müsahibimiz deyir ki, gənc qrup yoldaşları ilə əlaqə saxlayır: "Yaş fərqi qrup yoldaşı olmaq üçün maneə deyil. Əlaqəmiz olanlar var. Mən Qəbələdəyəm, turizm bölgəsi olduğu üçün bura çox adama maraqlıdır. Buraya gələndə mənimlə əlaqə saxlayırlar".

Hazırda İqrar kişi müxtəlif insanlar və təşkilatlardan xeyli iş təklifi alır. Onun sözlərinə görə, oxumaq heç bir yaşda gec deyil. Yetər ki, insan istəsin və qarşısına məqsəd qoysun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib