Tezliklə AZAL-a yeni baş direktor gətiriləcək

Tezliklə AZAL-a yeni baş direktor gətiriləcək
İQTİSADİYYAT
11:54 25.08.2015
1896
Cahangir Əsgərovun əzəli rəqibləri ona qarşı hərəkətə keçiblər

Artıq bir müddətdir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərovun başının üstünü qara buludlar alıb. Belə ki, AZAL-ın həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olması və ölkə başçısının birbaşa bu məsələyə müdaxilə etməsi onu deməyə əsas verir ki, Cahangir Əsgərovun kreslosu laxlamaq üzrədir. Çünki "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi ölkə başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlarından sonra da fəaliyyətinlə ciddi dönüş etməyib.

Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi informasiyaları redaksiyamızla paylaşan məlumatlı şəxsin iddiasına görə, Cahangir Əsgərov bir neçə istiqamət üzrə qiymətlərin aşağı salınacağını bəyan etsə də, hələlik bununla əlaqədar ortada konkret nəticə yoxdur: "Çünki AZAL ölkənin hava məkanını inhisara almaqla yanaşı, ucuz qiymətlə sərnişin daşımaları ilə məşğul olan aviaşirkətləri ölkəyə buraxmamaqda maraqlıdır. Ona görə ki, "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyinin bu cür yarıtmaz qiymət siyasəti yalnız qurumun yetkili şəxslərinin maraqlarını təmin edir, vətəndaşların isə əlavə xərcə düşməsinə səbəb olur. Bundan başqa, AZAL rəhbərliyinin həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin yüksək olması QSC-nin potensialından lazımi şəkildə istifadəyə imkan vermir, öz gəlirlərini də aşağı salır. Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan vətəndaşları belə, artıq AZAL-ın xidmətindən imtina edir. Bu isə öz növbəsində, QSC-nin əlavə gəlir əldə etməsinə, büdcə öhdəliklərini artırmağa imkan vermir". 

Cahangir Əsgərovun rəhbərlik etdiyi qurumun uzun illərdir ki, büdcəyə yetərincə vəsait ödəmədiyini, yəni ziyanla işlədiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, QSC iri vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir: "Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Deyilənlərə görə, bu Cahangir Əsgərovun bütün gəlirli sahələri öz holdinqi olan "Silk Way"ə dövr etməsi ilə bağlıdır. Onu da nəzərinizə çatdırım ki, son illər AZAL-ın bütün xərcləri dövlət büdcəsindən ödənilib. Belə ki, son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən QSC-yə 860 milyon manat - 2005-ci ildə 5 milyon, 2007-ci ildə 25 milyon, 2008-ci ildə 28 milyon 200 min, 2009-cu ildə 54 milyon 721 min, 2010-cu ildə 115 milyon 200 min, 2011-ci ildə 261 milyon 521 min, 2012-ci ildə 232 milyon 650 min, 2013-cü ildə 177 milyon 864 min və 2014-cü ildə 20 milyon ayrılıb. Görünür, QSC-nin sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz gəlirlərin lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır".

Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, artıq Milli Məclisin üzvlərinin əksəriyyəti də Cahangir Əsgərovun fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildirir və haqlı olaraq AZAL rəhbərliyini ciddi tənqid atəşinə tuturlar. Çünki "Azərbaycan Hava Yolları" QSC son zamanlar vergi ödəmələrində də müəyyən əyrintilərə imza atır. Bununla bağlı kifayət qədər bilgi sahibi olan məlumatlı şəxs iddia edir ki, qurumun vergi ödəmələrində "borclanması" yuxarılarda Cahangir Əsgərovla bağlı ciddi şübhələr yaradıb: "Deyilənlərə görə, QSC rəhbərinin mövqeyinin nəzərəçarpacaq dərəcədə zəifləməsi onun əzəli rəqiblərinin maraqlarına xidmət etdiyindən onları hərəkətə keçirib. Məlumat üçün bildirim ki, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirən Cahangir Əsgərov 1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserninin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib. 1996-cı ildən isə "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur. Yəni o, düz 19 ildir ki, AZAL-a rəhbərlik edir. Bu, kifayət qədər uzun müddətdir və Cahangir Əsgərov bu illər ərzində gəlirlərini xeyli artırmağa nail olub. Lakin artıq onun görəvdən alınması məsələsi gündəmi zəbt etməkdədir. Görünür, tezliklə AZAL-a yeni baş direktor gətiriləcək…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"