Tezliklə Qazaxıstanla elektron pulköçürmələri olacaq

İQTİSADİYYAT
17:50 29.07.2013
1488

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt" MMC-nin Qazaxıstan Poçtu ilə birgə həyata keçirdiyi Təcili Elektron Pulköçürmələri sistemi üzrə sınaq testi müvəffəqiyyətlə başa çatıb və yaxın zamanlarda sistem işə düşəcək. 

AZXEBER.COM-un məlumatına görə, bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi artıq Özbəkistan Poçtu ilə də testlərə başlanılıb.

Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə “STEFİ” sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir. Bu gün "Azərpoçt" tərəfindən pulköçürmələri üzrə əməliyyatlar sürətli və bank pulköçürmələri sistemi vasitəsilə icra edilir.

OXŞAR XƏBƏRLƏR