Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynaya müharibə elan edib.
Hazırda iki ölkə arasında müharibə davam edir.
Bəs Rusiya-Ukrayna müharibəsinin gedişatı necə olacaq, gözləntilər nədir?
Politoloq Qabil Hüseynli AZXEBER.COM-a açıqlamasında bildirib ki, Rusiya güclü müqavimətlə, əks həmləylə qarşılaşacaq:
"Rusiya müəyyən qədər Ukraynanın içərilərinə doğru irəliləyə bilər. Amma o, güclü müqavimətlə, əks həmləylə qarşılaşacaq. Qərb dövlətləri də Rusiyanın Ukraynadakı bu özbaşınalığına səssiz qalmayacaq. Ukraynaya hücum Rusiya üçün çox təhlükəli və misli görünməmiş nəticələrlə bitəcək, Putin üçün də ağır nəticələri olacaq. Çox tezliklə Ukrayna ordusu əks həmlə ilə rusları geri oturda biləcək”.
Politoloq həmçinin qeyd edib ki, biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq:
"Biz əvvəldən də demişik, indi də deyirik. Ukraynanın ərazi bütövlüyünü tanıyırıq".
Aydın Nuri