TFF Okan Buruk və Mourinyonu cəzalandırdı

TFF Okan Buruk və Mourinyonu cəzalandırdı
İDMAN
00:12 28.02.2025
353
Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray”ın baş məşqçisi Okan Buruku və "Fənərbaxça”nın çalışdırıcısı Joze Mourinyonu cəzalandırıb.

AZXEBER.COM xəbər verir ki, TFF-nin İntizam Komitəsinin qərarına əsasən, O.Buruk bir, Mourinyo isə dörd oyunluq cəzaya məruz qalıb.

"Qalatasaray”ın çalışdırıcısı derbidən sonra keçirilən mətbuat konfransındakı açıqlamalarına görə bu cəza ilə üzləşib.

Mourinyo isə oyundan sonra hakimlərin otağına gedərək ədalət təmsilçilərini təhqir edib.

Bundan başqa, "Fənərbaxça” qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, qarşılaşma qolsuz başa çatmışdı.
OXŞAR XƏBƏRLƏR