The Guardian: İsrail işğalçılara kəşfiyyat məlumatı verib

The Guardian: İsrail işğalçılara kəşfiyyat məlumatı verib
DÜNYA
14:38 24.05.2024
158
İsraildə təhlükəsizlik qüvvələri ilə işğalçılar arasında "gizli razılaşma” olduğu üzə çıxıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə mətbuatında dərc olunan xəbərlərdə Qəzzaya gedən yardım karvanlarının qarşısını almaq üçün işğalçılara kəşfiyyat məlumatı verildiyi yazılıb.

Britaniyanın "The Guardian” qəzetinə görə, hücumların arxasında İsrail təhlükəsizlik qüvvələri ilə işğalçılar arasında əməkdaşlıq dayanır.  

Fələstinli yük maşını sürücüsü İsrail təhlükəsizlik qüvvələrinin hücumları sadəcə izlədiyini bildirib.

İşğalçıların fəaliyyətini sənədləşdirmək üçün Terkumya keçid məntəqəsinə gedən israilli insan haqları vəkili Sapir Sluzker Amran da oxşar açıqlamalar verib.

O, işğalçılar tərəfindən döyüldüyünü və İsrail hakimiyyətinin hücumu dayandırmaq üçün heç bir iş görmədiyini bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR