“The New York Times”da Füzuli və Ağdamdakı dağıntılar haqqında məqalə yayımlanıb - FOTO

“The New York Times”da Füzuli və Ağdamdakı dağıntılar haqqında məqalə yayımlanıb - FOTO
SİYASƏT
22:06 12.12.2020
975
"The New York Times” qəzetində bu nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun "Dağlıq Qarabağ müharibəsindən sonrakı xəsarətlər, faciəli vəziyyət və dağıntılar” sərlövhəli məqalə dərc edilib. Qoll erməni işğalından azad edilmiş ərazilərə səfər edib və Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzü müddətində yaranmış dəhşətli vəziyyətlə yerində tanış olub.

AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycan Ordusu tərəfindən erməni işğalından bu yaxınlarda azad edilmiş əraziyə gələn hər kəsin orada Birinci Dünya müharibəsinin döyüş meydanını xatırladan mənzərə ilə üzləşdiyini qeyd edir. Bir neçə kilometr yol boyunca boş qalmış xəndəklər və bunkerlər, dağıdılmış kəndlər görünür, qalan evlərin damı, qapıları, pəncərələri yoxdur.

Təpəliklərdə ermənilərin atıb getdikləri tanklar və zirehli texnika Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatlarının dağıdıcı qüvvəsinə sübutdur. Aşkar görünür ki, erməni əsgərləri bu altı həftəlik müharibənin gedişində qorxuya düşərək geri çəkiliblər.

Füzuli şəhəri vaxtilə firavanlaşan yaşayış məntəqəsi olub. Otuz minə yaxın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olan bu rayon mərkəzindəki ictimai binalar dağıdılıb. Füzulidən bir qədər şimalda yerləşən, ondan böyük Ağdam şəhərinin taleyi daha acınacaqlı olub.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi dünyada həlli ən mürəkkəb olan ərazi münaqişələrindən biri idi. 1994-cü ildə atəşkəs barədə razılaşma əldə ediləndə Ermənistan təkcə Dağlıq Qarabağı deyil, ona bitişik geniş əraziləri də işğal edib, orada yaşayan 800 mindən çox azərbaycanlını qovub.

Altı həftə davam etmiş şiddətli hərbi əməliyyatlardan sonra Azərbaycan Ordusu Füzuli və Ağdam rayonları üzərində də nəzarəti bərpa edib və hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında bəyanat elan edilməsi ilə başa çatıb.

Qoll Azərbaycanla müharibədə iştirak etmiş erməni hərbi qulluqçularının təəssüratları ilə də tanış olub. Erməni əsgərlər ölümsaçan dronların adı çəkiləndə dəhşətə gəlirdilər. Onların sözlərinə görə, pilotsuz uçuş aparatlarının zərbələri o qədər dəqiq imiş ki, əsgərlər tanklarla döyüş meydanına daxil olur, atəş açır, sonra tullanaraq sığınacaqlara qaçırdılar. Aleksanyan soyadlı erməni komandiri – polkovnik deyib: "Bu, əsl cəhənnəm idi”.

Müəllif daha sonra Füzuli və Ağdam şəhərlərində gördüyü dağıntılar barədə yazır. Keçmiş məcburi köçkün, əslən Füzulidən olan Nurəddin Namazəliyev söyləyib ki, 1990-cı illərdə hərbi əsir düşmüş yaxın qohumunu Ağdamda evləri sökməklə məşğul olmağa məcbur ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, şəhərdəki XIX əsrə aid mərkəzi məscid bu rayonda salamat qalmış yeganə binadır. Ermənilər bu binadan mal tövləsi kimi istifadə edib, onu murdarlayıblar. Füzulidə mətbəə binası, kinoteatr və mədəniyyət mərkəzinin binaları yerlə-yeksan edilib, şəhərdəki əsas məscid dağıdılıb. Müəllif yazır ki, bu rayondakı üzümlüklər tamamilə məhv edilib.

Azərbaycan rəsmiləri işğaldan azad edilmiş ərazilərdə yaşayan ermənilərlə barışıq elan olunacağını və onlara digər vətəndaşlarla bərabər status veriləcəyini vəd edirlər. Vasitəçilər azərbaycanlı köçkünlərin bəzi rayonlara, o cümlədən Ağdama və Füzuliyə qayıda bilmələri üçün şərait yaratmağa çalışıblar, lakin Ermənistan illər boyu buna mane olub, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına və ya Azərbaycandan ayrılmasına çalışıblar. Azərbaycan rəhbərliyi bu şərtlərlə razılaşmayıb.

Vəziyyəti gərginləşdirən bir amil də budur ki, bütün dünyada erməni siyasətçilər və fəallar işğal edilmiş ərazilərin, o cümlədən keçmiş DQMV-yə bitişik rayonların Ermənistana məxsus olmasını iddia etməyə başlayıblar. 2019-cu ilin avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib və orada deyib: "Arsax” – Ermənistandır”. Bundan başqa, erməni diasporunun üzvləri tərəfindən maliyyələşdirilən fondlar uzun illər boyu keçmiş DQMV hüdudlarından kənarda yerləşən, işğal edilmiş Azərbaycan rayonlarına erməniləri məskunlaşdırmaqda israr edir və deyirdilər ki, bu rayonlar da "Ermənistanın qanuni ərazisidir”
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq