ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salmağı göstəriş verib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı məlumatlı mənbələrə istinadən xəbər verib.
Qəzetə görə, Tramp müşavirləri ilə ətraflı müzakirələrdən sonra Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunmasını təxirə salıb.
Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli yaxın müddətdə Rusiya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.