"Meta” bu yaxınlarda maraqla gözlənilən yeni sosial media platforması "Threads”i işə salıb.
AZXEBER.COM xəbər verir ki, ölkəmizdə də böyük marağa səbəb olan tətbiq 24 saat ərzində 70 milyon istifadəçi sayını keçərək rekord qırıb, daha sonra isə 100 milyon istifadəçiyə çatıb.
Məlumata görə, "Threads” sənədində platformaya gəlməsi planlaşdırılan üç mühüm xüsusiyyət var.
Bunlardan birincisi, "Twitter”ə bənzər hansı mövzuların gündəmdə olduğunu görə biləcəyimiz "Trend Mövzu” bölməsidir.
Bundan əlavə, istifadəçilərin bir-birlərinə mesaj göndərməsinə imkan yaradacaq funksiyasının tezliklə platformaya əlavə ediləcəyi gözlənilir.
Bununla belə, "Threads”in çoxsaylı hesablar üçün dəstək, yalnız izlədiyiniz insanları göstərən xronoloji lent, haştaq dəstək və yazıları redaktə etmək kimi xüsusiyyətlər əldə edəcəyi gözlənilir.
Ayşən