Tiaqo Silva “Çelsi” tarixinin ən yaşlı meydan oyunçusu olub

İDMAN
13:44 26.11.2023
284
Tiaqo Silva İngiltərənin "Çelsi” klubunun tarixinə ən yaşlı meydan oyunçusu kimi düşüb.

Beaziliyalı futbolçu Premyer Liqanın XIII turunda "Nyukasl”la görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.

Komandasının 1:4 hesabı ilə uduzduğu görüşü əvəz edilmədən keçirən müdafiəçi 39 yaş 65 günündə iştirak edib. O, 1947-ci ildə "Çelsi”nin heyətində 39 yaş 57 günündə oynamış Dik Spensi üstələyib.

"Çelsi” tarixinin ən yaşlı futbolçusu isə 2014-cü ildə 41 yaş 7 ay 5 günündə "Kardiff”lə qarşılaşmada çərçivəni qoruyan qapıçı Mark Şvartser olub.

Qeyd edək ki, Tiaqo Silva 2020-ci ildən "Çelsi”nin formasını geyinir.
 
///report

OXŞAR XƏBƏRLƏR