80 yaşlı qadının beynində təxminən 3 santimetr uzunluğunda iynə aşkar edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyada yaşayan 80 yaşlı qadının beynində təxminən 3 santimetr uzunluğunda iynə tapılması tibb aləmində heyrətə səbəb olub.
Rusiya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, rentgen müayinəsi nəticəsində qadının beyninin sol tərəfində iynə aşkar edilib. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Müayinə zamanı iynənin doğuşdan bəri qadının başında olduğu öyrənilib:
"Təxmin edirik ki, valideynlər aclıq zamanı uşaqlarını öldürmək üçün iynəni içəri soxublar. Qətl cəhdi baş tutmayıb”, - deyə həkimlər bildirib.
Nazirlikdən verilən açıqlamada deyilir: "Qıtlıq dövründə yeni doğulan uşaqların başlarına iynə vurularaq öldürülməsi adi hal idi”.
Qadının təxminən 1943-cü ildə anadan olduğu da bildirilib.
Günel