Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu

Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
DÜNYA
18:00 31.07.2025
392
31 il əvvəl donmuş embriondan dünyaya gələn körpə dünyanın ən yaşlı körpəsi adını qazanıb.

AZXEBER.COM Türkiyə mətbuatına isttinadən xəbər verir ki,
 
Lindsey və Tim Pierce 2024-cü ildə, 1994-cü ildə dondurulmuş embrion alıblar. 
 
Lindsey uzun illər idi ki, hamilə qalmaq üçün mübarizə aparıb. Cütlük bu unikal fürsəti əvvəllər dondurulmuş embrionların köçürülməsinə imkan verən xüsusi proqrama müraciət etməklə tapıblar.
 
Embrion 1990-cı illərdə in vitro mayalanma yolu ilə hamilə qalan Linda Archerd tərəfindən dondurulan dörd nəfərdən biri olub.
 
Müalicədən sonra onun bir qızı olub və o, digər embrionları dondurub və sonradan hədiyyə verib. Hazırda 62 yaşlı Lindanın 30 yaşlı qızı ilə bir övladı da var.
 
Pirslərin müraciət etdiyi proqram uzun illər saxlanılan və transfer üçün daha riskli hesab edilən embrionları qiymətləndirmək məqsədi daşıyır. Bu proqram sayəsində milyonlarla istifadə olunmamış embriondan biri sağlam doğulub.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR