Katarakt

Tibb işçilərinin əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır

İQTİSADİYYAT
20:01 16.06.2021
347
"Tibb işçilərinin daha da yüksək əməkhaqqı alması üçün yollar axtarılır. Hazırda ölkə üzrə tibb işçilərinə ödənilən əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır”.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O qeyd edib ki, layihədə həkimlərin, tibb bacılarının və digər işçilərinə əməkhaqlarının verilməsi qaydalarında da yeniliklər var:

"Bu yeniliklərdə əvvəlki ödəniş verilməsi qaydalarından bir az da yüksək rəqəmlərdir. Bu layihə tətbiq olunacaq”.

O qeyd edib ki, tibb işçilərinə ödəniləcək əlavələrdə də artımlar gözlənilir:

"Bu artım yeni sistemdə xəstəxanaların kateqoriyasına uyğun müəyyənləşir. Müəyyənləşdikdən sonra əməkhaqlarında artımlar müşahidə olunacaq”.

OXŞAR XƏBƏRLƏR