Tibb universitetinə yeni təyin olunan rektor kimdir? – HAQQINDA

Tibb universitetinə yeni təyin olunan rektor kimdir? –  HAQQINDA
SOSİAL
18:05 11.04.2016
4870

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub. Təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir. 

AZXEBER.COM xəbər verir ki, Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Yeni rektorun tərcümeyi-halı:

Gəraybəyli Gəray Çingiz oğlu, 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayından bu günə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində işləyir.

1995-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə - dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb.

60 çox elmi əsərin, 1 tədris vəsaitin, 2 tədris-metodik tövsiyələrin, 3 metodik tövsiyələrin, 4 tətbiq edilmə aktların və 1 səmərələşdirmə təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda və konqresslərdə iştirak edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.

2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.

Xatırladaq ki, millət vəkillərinin rektor olması ilə bağlı qadağanın tədbiq edilməsindən sonra ATU-nunkeçmiş rektoru, akademikƏmiraslan Əmiraslanovtutduğu vəzifəsindən azad edilmişdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb