Tibbdə bir ilk: ana bətnində olan körpəyə beyin əməliyyatı edildi

Tibbdə bir ilk: ana bətnində olan körpəyə beyin əməliyyatı edildi
DÜNYA
16:12 05.05.2023
312
ABŞ-da ana bətnində olan körpə üzərində beyin əməliyyatı edilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, əməliyyatı həyata keçirən həkimlər körpəni ürək çatışmazlığı və doğuşdan sonra ölümünə səbəb olacaq nevroloji pozğunluqlar kimi ağır xəstəliklərdən uğurla xilas ediblər.

Boston Uşaq Xəstəxanasından bir qrup həkim uşaq hələ ana bətnində ikən ilk növ beyin əməliyyatını uğurla həyata keçirib. 

ABŞ-nın "Stroke” elmi jurnalında dərc olunan və öz sahəsində ilk olduğu bildirilən əməliyyat ultrasəs vasitəsilə arteriyanın aşkarlanması üsulu ilə həyata keçirilib. Həkimlər ultrasəsdən istifadə edərək uzun iynəni ananın qarnından körpənin beyninin zədələnmiş hissəsinə yönəldirdilər. Həkimlər daha sonra damarlara geri axının qarşısını almaq üçün damara bir maddə yeridiblər.

Əməliyyatı həyata keçirən həkimlər bətnindəki körpəni doğuşdan sonra ölümünə səbəb olacaq ürək çatışmazlığı və nevroloji pozğunluqlar kimi ciddi xəstəliklərin yaranmasından müvəffəqiyyətlə xilas ediblər.

Ayşən
OXŞAR XƏBƏRLƏR