Tibbi işçilərinin nəzərinə: Güzəştli ipoteka krediti ilə bağlı təklif

Tibbi işçilərinin nəzərinə: Güzəştli ipoteka krediti ilə bağlı təklif
SOSİAL
12:48 19.04.2021
533
"Azərbaycan Prezidentinin göstərişinə əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq əlavələr edilir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

"Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169,4 milyon manat müddətli əlavə və mükafat ödənilib. Belə ki, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145,8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bu zaman ərzində 385 min manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə isə 138 min 500 manat məbləğində mükafat ödənilib”, - deyə millət vəkili məlumat verib.

O əlavə edib ki, bütün bunlarla yanaşı, pandemiyanın davam etdiyini və səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və bütövlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı:

"Mövcud qaydalara əsasən, ən azı üç il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklif olması məqsədəuyğundur.

Digər tərəfdən, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əməkhaqqılarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, aşağı faizli və uzun müddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq”.

Vüqar Bayramov təklif edib ki, ən azı üç il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin.
 
///hit.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO