Ticarət mərkəzində görünməmiş hadisə - VİDEO

DÜNYA
02:30 26.04.2015
16964
Qazaxıstanda ticarət mərkəzində qeyri-adi hadisə baş verib.
Naməlum kişi yerində donub və ətrafında olan insanlara reaksiya verməyib.Hadisə şahidləri onun bir neçə müddət belə vəziyyətdə qaldəğını bildirib. Bu cür vəziyyətdə onu təcili yardım xərəyinə uzadaraq xəstəxanaya aparıblar.Ticarət mərkəzinin başqa alıcıları tərəfindən çəkilən donmuş kişi ilə bağlı video sosial şəbəkələrdə tez bir zamanda məşhurlaşıb. İstifadəçilər əslində kişiyə nə olduğunu tapmağa çalışıblar.Bildirilir ki, bu, nadir xəstəlik olan katalepsiyadır. Həkimlər bunu "mum elastikliyi" adlandırırlar. Ən çox o şizofreniyanın bəzi formalarını müşayiət edir.Ancaq sonra aydınlaşıb ki, kişi sərxoş olduğu üçün intoksikasiyadan donub. O, elə həmin gün xəstəxandan evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR