Ticarət mərkəzində güclü yanğın: 100-dək azərbaycanlıya ziyan dəydi

Ticarət mərkəzində güclü yanğın: 100-dək azərbaycanlıya ziyan dəydi
SOSİAL
17:29 01.02.2017
1140

İki gün əvvəl Tiflisdə "Uşaq dünyası" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində azərbaycanlı sahibkarlar zərər çəkib.

Yanğın zamanı Tiflis, Qardabani və Marneulidən olan həmyerlilərimizin malları yanıb.
 
Araşdırma nəticəsində məlum olub ki, ticarət mərkəzində işləyən azərbaycanlılar, əsasən, qızıl-zinət məmulatları və geyim satışı ilə məşğul olublar. Geyim dükanlarının sahibləri malların böyük hissəsinin tamamilə yandığını bildiriblər. Qızıl satışı ilə məşğul olanlar isə mallar seyflərdə saxlanıldığını üçün nisbətən zərərsiz ötüşüblər.
 
Tiflisdə yaşayan azərbaycanlı sahibkar Teymur Calalov bildirib ki, yanğın nəticəsində Tiflisdə yaşayan həmyerlilərimizin malları tamamilə yanıb: "Tiflis və ətraf qəsəbələrdən olanların malları yanıb. Onlar zərərlə üzləşib".
 
"Uşaq dünyası" Ticarət Mərkəzində çalışan Tamaz Bayramov isə bildirib ki, hadisə zamanı 100-dək azərbaycanlı sahibkarın müxtəlif malları yanıb: "Elektrik avadanlığı, kabel və lampa satışı ilə məşğulam. Böyük ziyanla üzləşmişik. Elə obyektlərimiz var idi ki, orada qarışıq mallar satılırdı. İndi hamı hökumətdən kompensasiya tələb edir. Çünki biz hər ay 1000-2000 lari kirayə haqqı verirdik. Ziyanla üzləşən sahibkarlar parlament və Tiflis meriyası binasının qarşısına toplaşıblar. Hər gün Ticarət Mərkəzinin qarşısına toplaşırıq, yekun son nəticəni gözləyirik".  
 
Gürcüstan televiziyasına müsahibə verən mərkəzin direktoru Giorgi Maçavariani yanğının qəsdlə törədildiyini bildirib. Tiflis meri David Narmaniya isə bəyan edib ki, sahibkarlara dəyən ziyanın həcmi yanğının səbəbləri araşdırıldıqdan sonra xüsusi komissiya tərəfindən müəyyən ediləcək.
 
Qeyd edək ki, Tiflisdə yerləşən "Uşaq dünyası" Ticarət Mərkəzində yanğın 9 saat davam edib. Yanğının söndürülməsinə 26 yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində 13 min kv.m ərazi yanıb.

///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"AirPods" üçün tərcümə proqramı hazırlanıb
18:18 14.03.2025
"AirPods" üçün tərcümə proqramı hazırlanıb
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
17:59 14.03.2025
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
17:45 14.03.2025
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
17:36 14.03.2025
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
17:27 14.03.2025
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
17:21 14.03.2025
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
17:17 14.03.2025
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
17:16 14.03.2025
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
17:12 14.03.2025
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
17:05 14.03.2025
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
16:59 14.03.2025
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
16:57 14.03.2025
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
16:53 14.03.2025
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
16:49 14.03.2025
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
16:44 14.03.2025
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
16:40 14.03.2025
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq